İlahi Təyid üçün Dua - دعا برای جذب تاییدات الهی به ترکی by Azeri Dua دعا به زبان ترکی published on 2022-02-20T23:10:07Z İlahi Təyid üçün Dua دعا برای جذب تاییدات الهی به ترکی Sən Ey Mehriban Allah! Təriflər olsun Sənə ki, hidayət yollarını bizə göstərdin, mələkut qapılarını açdın və Həqiqət Günəşi vasitəsilə Özünü aşkar etdin. Korlara Sən işıq verdin; karlara Sən eşitmə əta etdin; Sən ölüləri diriltdin; kasıbları varlı etdin; yolunu azanlara Sən yol göstərdin; dodaqları susuzluqdan quruyanları hidayət çeşməsinə yönəltdin; Sən izn verdin ki, yanan balıq həqiqət dəryasına girsin; sərgərdan quşları fəzl gülşəninə Sən dəvət etdin. Sən Ey Ən Qüdrətli! Biz Sənin bəndələrinik və Sənin fəqirlərinik; biz uzaq düşmüşük, Sənin hüzurun üçün həsrət çəkirik; Sənin çeşmənin suları üçün susuzuq. Xəstəyik, Sənin şəfanı diləyirik. Biz Sənin yolunda gedirik, Sənin ətirlərini yaymaqdan başqa bir məqsəd və ümidimiz yoxdur, ta ki, bütün ruhlar qalxıb: “Ey Allah, bizi doğru yola yönəlt” deyə səslənsinlər. Qoy onların gözləri açılsın ki, nuru görsünlər, Qoy onlar cahillik zülmətindən azad olsunlar. Qoy onlar hidayət çırağınıın ətrafında toplaşsınlar. Qoy binəsib qalan kəs pay alsın. Qoy məhrum qalanlar Sənin sirlərinə vaqif olsunlar. Ey Ən Qüdrətli! Bizə mərhəmət nəzərilə bax. Səmavi təyid əta eylə. Bizə Müqəddəs Ruhun nəfəsini bəxş eylə ki, Sənə xidmətdə biz kömək alaq və bu diyarlarda parlaq ulduzlar kimi, Sənin hidayət nurunla şölə saçaq. Həqiqətən, Sən Qüvvətlisən, Qüdrətlisən, Hikmətli və Görənsən. سَن اِی مِئهریبآن الله! تعریف لر اُلسون سَنهَ کی، هیدایت یُول لآرینهِ بیزهَ گؤستَردین، مَلکوت قآپهِ لارِنهِ آچدِن و حَقیقَت گؤنَشی وآسیطه سیله اُؤزؤنؤ آشکآر اِتدین. کورلآرآ سَن ایشِق وئردین، کرلآرآ سَن ائشیت مَه عَطآ ائتدین، سَن اُؤلؤلََری دیریلت دین، کآسِب لرهِ وآرلی اِئتدین، یُولو آزآن لآرآ سَن یُول گؤستَردین، دُودوق لارهِ سوسوزلوقدآن گورویان لارهِ هیدایت چئِشمهَ سینهَ یُؤنَلتدین، سَن اِذن وئردین کی، یآنآن بالِق حَقیقت دَریاسهِ نآ گیرسین، سَرگردان گوشلآرهِ فضل گؤلشَن ینهَ سَن دَعوت ائتدین. سَن اِی اَن قُؤدرت لی! بیز سَنین بَنده لریک و سَنین فقیرلریک، بیز اُوزاق دُؤشمؤشؤک، سَنین حُؤضورونون اؤچؤن حَسرَت چَکیریک، سَنین چِشمهَ نین سولآرهِ اُؤچؤن سوسوزوق. خستهَ ییک، سَنین شَفآنهِ دیلیَیریک. بیز سَنین یولوندآ گئدیریک، سَنین عَطِرلرینی یایماق دآن باشقآ بیر مَقصَد و اُؤمیدی میز یوخدور، تا کی، بؤتؤن روح لآر قآلخیب: ’’ای الله، بیزی دُغرو یولآ یُِِؤنَلت “ دِئیهَ سَسلن سینلر. قُوی اُونلآرِن گُؤزلری آچلسِن کی، نورو گؤرسؤن لر، قُوی اُونلآرِن جآهیل لیک ظؤلمَت یندَن آزاد اُلسون لآر. قُوی اُنلآر هیدایت چِرآغِنِن اطرآفِن دآ تُپلآش سِن لآر. قُوی بی نَسیب قآلآن کَس پآی آلسِن. قُوی محروم قآلآن لآر سَنین سیرلری نهَ وآقیف اُلسون لآر. اِی اَن قُؤدرَت لی! بیزهَ مَرحَمَت نَظری له باخ. سَمآوی تأیید عطآ اِئله. بیزهَ مُؤقددس روحون نَفَسی نی بَخش ائیله کی، سَنهَ خیدمت دهَ بیز کُؤمک آلآق و بو دیآرلآردآ پآرلاق اولدوزلآر کیمی، سَنین هیدایت نورون لآ شُعلهَ سآچآق. حَقیقتآ، سَن قُؤوتلی سن، قُؤدرتلی سَن، حیکمَتلی و گؤرَن سَن. Genre Latin Comment by Azeri Dua دعا به زبان ترکی Please Like Comment Share Download Read Memorize. Zəhmət olmasa Bəyənin Koment Edin Paylaşın Indirin Oxuyun Əzbərliyin. لطفا لایک کنید، نظر بدهید، به اشتراک بگذارید، دانلود کنید، بخوانید، حفظ کنید. 2022-02-20T23:16:10Z