Bağışlanma Duaları - دعاهای عفو و بخشش به زبان ترکی - Monajat Azeri Torki by Azeri Dua دعا به زبان ترکی published on 2022-02-20T22:26:18Z Həmd-səna olsun Sənə, Ya Rəbb, mənim Allahım! Səni and verirəm Öz Seçilmişlərinə, Sənin Əmanətini Daşıyanlara və Öz Peyğəmbərlərinin və Elçilərinin Möhürü etdiyin Kəsə - izn ver ki, Sənin zikrin mənim munisim olsun, məhəbbətin məqsədim, Üzün mətləbim, Adın çırağım olsun, istədiyin muradım və Razılığın mənim fərəhim olsun. Mən günahkaram, İlahi, Sənsə Uca Bağışlayansan. Mən Səni tanıyan kimi, Sənin İnayətinin uca Sarayına çatmağa tələsdim. İlahi, mənim o günahlarımı əfv et ki, Sənin razılığını qazanmaq yolu ilə getməyimə və Sənin vahidlik dənizinin sahilinə çatmağıma mane oldu. Bir kəs yoxdur ki, İlahi, mənimlə comərd davransın, o kəs ki, üzümü ona tuta bilərəm. Nə də mənə şəfqətli olacaq bir kəs var ki, onun mərhəmətini diləyim. Yalvarıram Sənə, məni Öz fəzlinin qapısından qovma və məni Öz səxavət və kəramət yağışlarından məhrum etmə. İlahi, mənə Səni sevənlərə nəsib etdiklərini nəsib eylə və Öz seçilmişlərinə yazdıqlarını mənə də yaz. Baxışlarım hər zaman Sənin İnayətinin üfüqünə dikilib və gözlərim Sənin lütflərinin sarayına baxır. Sənə layiq olan tərzdə mənimlə rəftar eylə. Səndən başqa Allah yoxdur, Qüvvətli Allah, Cəlallı Allah ki, bütün insanlar Onun köməyini diləyirlər. حمد-ثنا اولسون سنه، یا رّب منیم آللهیم! سنی آند وئریرم اُؤز سئچیلمیشلرینه، سنین امانتینی داشییانلارآ و اُؤز پیغمبرلرینین و الچیلرینین مؤهورو اتدیین کسه ایذن وئر کی، سنین ذیکرین منیم مونیسیم اولسون، محّبتین مقصدیم، اوزون مطلبیم، آدین چیراغیم اولسون، ایستهدیین مرادیم و راضیلیغین منیم فرحیم اولسون من گوناهکارام، ایلاهی، سن ایسه اوجا باغیشلایاینسان. من سنی تانییان کیمی، سنین عینایتینین اوجا سارایینا چاتماغا تلسدیم. ایلاهی، منیم او گوناهلارمی عفو اِئت کی، سنین راضیلیغینی قازانماق یولو ایله گئتمییمه و سنین واحیدلیک دنیزینین ساحلینه چاتماغیما مانع اولدو بیر کس یوخدور کی، ایلاهی، منیمله بخششلی داورانسین، او کس کی، اوزومو اونا توتا بیلرم. نه ده منه شفقتلی اولاجاق بیر کس وار کی، اونون مرحمتینی دیلییم. یالواریرام سنه، منی اُؤز فضلینین قاپیسیندان قووما و منی اُؤز سخاوت و کرامت یاغیشلاریندان محروم اِئتمه. ایلاهی، منه سنی سئونلره نصیب اِئتدیکلرینی نصیب اِئیله و اُؤز سئچیلمیشلرینه یازدیقلارینی منهده یاز. باخیشلاریم هر زآمان سنین عینایتینین افوقونه دیکیلیب و گؤزلریم سنین لطفلرینین سارایینا باخیر. سنه لایق اولان طرزده منیمله رفتار اِئیله. سندن باشقا الله یوخدور، قوتلی الله، جلاللی الله کی، بوتون اینسانلار اونون کمکینی دیلییرلر Genre Ambient Comment by Azeri Dua دعا به زبان ترکی Please Like Comment Share Download Read Memorize. Zəhmət olmasa Bəyənin Koment Edin Paylaşın Indirin Oxuyun Əzbərliyin. لطفا لایک کنید، نظر بدهید، به اشتراک بگذارید، دانلود کنید، بخوانید، حفظ کنید. 2022-02-20T22:26:47Z