Sınaq və çətinliklərdə oxunana Dua - دعا در سختی ها و مشکلات به زبان ترکی - Monajat Dua Azeri Torki by Azeri Dua دعا به زبان ترکی published on 2022-02-20T20:53:31Z Ey Allah, mənim Allahım! Öz səxavətin və bəxşişinlə mənim kədərimi dağıt və hökmranlığın və qüdrətinlə mənim həyəcanımı qov. Görürsən, İlahi, məni hər tərəfdən kədər bürüdüyü bir zamanda üzümü Sənə tutmuşam. Ey bütün mövcudatın Rəbbi, görünən və görünməyən bütün şeylərə kölgə Salan, Səni and verirəm insanların ürəyini və qəlbini fəth etdiyin Adına, Sənin mərhəmət dəryanın dalğalarına və səxavət Günəşinin şualarına – məni o kəslərin sırasına yaz ki, heç nə onların üzünü Sənə tərəf tutmalarına mane ola bilmədi, Sən Ey bütün adların Rəbbi və göylərin Qurucusu! İlahi, Sənin günlərində mənim başıma gələnləri görürsən. Səni and verirəm adlarının Məşriqinə və sifətlərinin Məzhərinə, mənə onu qismət eylə ki, Sənə xidmətə qalxmağa və Sənin tərifini söyləməyə məni qadir etsin. Sən, həqiqətən, Qüdrətli, Ən Qüvvətlisən, bütün insanların dualarına həmişə Cavab Verənsən! Və sonda, Sənin üzünün nuruna iltimas edirəm, mənim işlərimə xeyir-bərəkət ver, məni borclarımdan qurtar və ehtiyaclarımı təmin eylə. Sən O Kəssən ki, Onun qüdrətinə və Onun səltənətinə hər bir dil şəhadət verib, Onun əzəmətini və hökmranlığını hər bir anlayışı olan qəlb etiraf edib. Səndən başqa Allah Yoxdur, eşidən və cavab verməyə hazır olan Allah. اِئی الله، منیم اللهیم! اُؤز سخاوتین و بخشیشینله منیم کدریمی داغیت و حؤکمرانلیغین و قودرتینله منیم هیجانیمی قوو. گؤرورسن، ایلاهی، منی هر طرفدن کدر بورودویو بیر زاماندا اوزومو سنه توتموشام. اِئی بوتون مؤوجوداتین ربّی، گؤرونن و گؤرونمهین بوتون شئیلره کؤلگه سالان، سنی آند وئریرم اینسانلارین اورهینی و قلبینی فتح اِئتدیین آدینا، سنین مرحمت دریانین دالغالارینا و سخاوت گونشینین شعاعلارینا – منی او کسلرین سیراسینا یاز کی، هئچ نه اُونلارین اوزونو سنه طرف توتمالارینا مانع اُولا بیلمهدی، سن اِئی بوتون آدلارین ربّی و گؤیلرین قوروجوسو ایلاهی، سنین گونلرینده منیم باشیما گلنلری گؤرورسن. سنی آند وئریرم آدلارینین مشریقینه و صیفتلرینین مظهرینه، منه اُونو قیسمت اِئیله کی، سنه خیدمته قالخماغا و سنین تعریفینی سؤیلهمهیه منی قادیر اِئتسین. سن، حقیقتاً، قودرتلی، ان قوّتلیسن، بوتون اینسانلارین دعالارینا همیشه جاواب وئرنسن و سوندا، سنین اوزونون نورونا ایلتیماس اِئدیرم، منیم ایشلریمه خئیر-برکت وئر، منی بورجلاریمدان قورتار و احتیاجلاریمی تعمین اِئیله. سن او کسسن کی، اُونون قودرتینه و اُونون سلطنتینه هر بیر دیل شهادت وئریب، اُونون عظمتینی و حؤکمرانلیغینی هر بیر آنلایشی اُولان قلب اعتراف اِئدیب. سندن باشقا الله یوخدور، اِئشیدن و جاواب وئرمهیه حاضر اُولان الله Genre Country Comment by Azeri Dua دعا به زبان ترکی Please Like Comment Share Download Read Memorize. Zəhmət olmasa Bəyənin Koment Edin Paylaşın Indirin Oxuyun Əzbərliyin. لطفا لایک کنید، نظر بدهید، به اشتراک بگذارید، دانلود کنید، بخوانید، حفظ کنید. 2022-02-20T20:56:46Z